Avropa Liqasında III təsnifat mərhələsinin hakimləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Neftçi”nin HİK-lə (Finlandiya) hər iki matçının ədalət təmsilçiləri bəlli olub.
Avqustun 3-də “Bakcell Arena”da baş tutacaq ilk görüşü Şotlandiyadan olan hakimlər idarə edəcək. Baş hakim Villiam Kollumun köməkçiləri David MkQeaçi və Şon Kerr olacaq. Dördüncü hakim funksiyası Euan Andersona tapşırılıb.
Avqustun 12-də Finlandiyada təşkil olunacaq qarşılaşmada ədaləti Almaniya təmsilçiləri qoruyacaq. Deniz Aytekin baş hakim, Kristian Dits və Markus Sinn köməkçiləri olacaq. Dördüncü hakim isə Martin Petersendir.