Hakim oyunda güllələndi
02.05.2022 - 10:36
Hakim oyunda güllələndi

Argentinanın Yerba Buena şəhərində həvəskarlar arasında keçirilən oyunda şok hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, qarşılaşmanı idarə edən 48 yaşlı hakim Oskar Antonio Peres güllələnib.

Hadisə matçın fasiləsində baş verib. Referi otağında olarkən onunla qısa dialoqdan sonra atəş açan şəxs tərəfindən yaralanıb və dərhal xəstəxanaya aparılıb. 

Peres Tukuman əyalətində kifayət qədər tanınır, regionun ən yaxşı hakimlərindən sayılır. O, əvvəllər də zorakılığa məruz qalıb. 2014-cü ildə bir matç zamanı futbolçu Xose Moreno tərəfindən iki dəfə vurulub.