Hakimi söyən futbolçu ilə bağlı şikayət rədd edildi
04.11.2021 - 17:00
AFFA etirazı rədd etdi
Apellyasiya Arbitraj Tribunalı birinci divizion klubu “Kəpəz”in etirazına baxıb.
Apasport.az saytının məlumatına görə, qurum Gəncə klubunun apellyasiya şikayətini təmin etməyib.
AFFA İntizam Komitəsinin oktyabrın 14-də “Kəpəz”in U-17 komandasının oyunçusu Nihad Qəribov barədə verdiyi qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, U-17 Liqasının “Kəpəz” – “Qəbələ” matçının son dəqiqəsində hakimi təhqir edən Nihad Qəribov 4 oyunluq cəza alıb.
0
0