Hakimi vuran futbolçuya ağır cəza
04.03.2022 - 15:32
Hakimi vuran futbolçuya ağır cəza

“Mil”in futbolçusu Kamal Qasımova ağır cəza verilib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi çıxarıb.

Qurum Region Liqasının “Mil” – “Ağsu Siti” oyunundan sonra baş verənləri müzakirə edib. Matç bitdikdən sonra hakimlər briqadasını təhqir edən, referini vuran Kamal 14 oyunluq diskvalifikasiya olunub.
 

0