Konfrans Liqasının dünən keçirilən “Yablonets” (Çexiya) – “Randers” (Danimarka) matçını Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, referi köməkçisi Zeynal Zeynalovun oyunöncəsi COVID-19 testi pozitiv çıxıb.
Bu üzdən dördüncü hakim funksiyası yerinə yetirməli olan Elçin Məsiyev qarşılaşmada yan xətt hakimi kimi fəaliyyət göstərib. Matçın dördüncü hakimi isə çexiyalı Yan Petrik olub.
Əliyar Ağayev, Akif Əmirəli və Elçin Məsiyev sabah Bakıya dönəcək. Zeynal Zeynalov isə bir neçə gün Çexiyada karantin rejimində qalacaq.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir