Hakimlər açıqlandı – Premyer Liqada
24.10.2020 - 10:05
Hakimlər açıqlandı – Premyer Liqada

Azərbaycan Premyer Liqasında I dövrənin son təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bu gün start götürəcək turun görüşlərinin hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.

Bugünkü qarşılaşmaları İnqilab Məmmədovla Rəşad Əhmədov idarə edəcək. Elçin Məsiyevlə Rəvan Həmzəzadə isə sabah keçiriləcək matçlara təyinat alıb.

Azərbaycan Premyer Liqası
VII tur
24 oktyabr (şənbə)
“Qəbələ” – “Səbail”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu. Saat 14:00

“Keşlə” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
ASK Arena. Saat 16:00

25 oktyabr (bazar)
“Sabah” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Bank Respublika Arena. Saat 14:00

“Zirə” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Əliyar Ağayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu. Saat 16:00

0