Haland “Barselona” arzusunda
09.03.2022 - 00:34
Haland “Barselona” arzusunda

Dortmund “Borussiya”sının futbolçusu Erlinq Halandın keçmək istədiyi klub bəlli olub.

Apasport.az saytının məlumatına görə, qitə nəhənglərinin hədəfində olan norveçli ulduz “Barselona”ya keçməyə meyllidir.

Bu transfer İspaniya klubuna 250 milyon avroya başa gələ bilər. Transfer qiyməti, komissiya xərcləri və futbolçunun maaşı ümumilikdə bu məbləğə bərabər olacaq.

“Barselona”nın Haland uğrunda mübarizədəki əsas rəqibi “Mançester Siti” sayılır. Lakin futbolçunun agenti Mino Rayola da onun Kataloniyaya keçidində maraqlıdır.

Qeyd edək ki, müqaviləsi 2024-cü ilin yayında başa çatacaq Erlinq cari mövsümün 20 matçında 23 qola imza atıb.