Haland “Mançester Siti”nin təklifini rədd etdi
26.03.2022 - 13:47
Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland “Mançester Siti”yə keçməkdən imtina edib.
Apasport.az saytının məlumatına görə, Norveç millisinin üzvü “şəhərlilər”in astronomik məbləğdə təklifinə mənfi cavab verib.
Premyer Liqa klubu 22 yaşlı forvarda həftəlik 600 min avro maaş təklif edib. Bu isə illik təxminən 27-28 milyon avro məvacib deməkdir. Lakin Haland bundan imtina edib. Hücumçu İspaniyada oynamaq arzusunda olduğundan, ilk seçimi “Real” və ya “Barselona” olacaq.
Qeyd edək ki, Erlinq Halandın “Borussiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
0
0