Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın sərbəst qalma bəndinin müddəti bitmək üzrədir.
Apasport.az saytının məlumatına görə, norveçlinin klubla müqaviləsində potensial alıcının 75 milyon avroya onu ala bilməsi şərti var.
Lakin bu bənd yalnız aprelin 30-dək qüvvədədir. Həmin vaxta kimi heç bir klub 22 yaşlı forvardı almasa, dortmundlular mayın 1-dən transfer üçün daha yüksək məbləğ tələb edə biləcək. Onun xidmətində “Mançester Siti”, “Real”, “Barselona” kimi klublar maraqlıdır.
Qeyd edək ki, Erlinq Haland bu mövsüm Bundesliqada 16 oyuna çıxıb, 16 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.