“Barselona” yay transfer pəncərəsində hücumçu mövqeyini gücləndirmək istəyir.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun əsas hədəfi Dortmund “Borussiya”sının qolçusu Erlinq Halanddır.
Ancaq La Liqa təmsilçisi norveçlinin transferini reallaşdıra bilməsə, üç ehtiyat variantı nəzərdən keçirəcək. Rəhbərliyin B planı “Liverpul”la yeni müqaviləni razılaşdıra bilməyən Məhəmməd Salahdır. Onun alternativi yeni müqavilə üzrə danışıqlar hələ başlamadığından, “Bavariya”dakı gələcəyi şübhə altında olan Robert Levandovskidir.
Bu transferlər də baş tutmasa, diqqətlər “Çelsi”nin forvardı Romelu Lukakuya yönələcək. Belçikalı London klubunda yaranmış problemlərə görə, komandanı tərk edə bilər.