Dortmund “Borussiya”sı mövsümün sonunda Erlinq Halandı komandada saxlaya bilməyəcək.
Apasport.az saytının məlumatına görə, buna səbəb norveçli forvardın Bundesliqa təmsilçisi ilə bağladığı müqavilədir.
Məsələ burasındadır ki, mövsümün sonunda 21 yaşlı oyunçunun sözləşməsindəki “75 milyon avroya sərbəst qala bilər” maddəsi aktivləşəcək. Bu isə onun xidmətində maraqlı olan Avropa nəhənglərini həvəsləndirib. Oyunçunun özünə təkliflər yağmaqda davam edir. Haland hara keçəcəyini qətiləşdirməsə də, “Mançester Siti”, PSJ, “Real”, “Barselona”, “Liverpul” və “Çelsi” kimi nəhənglər mübarizə aparır.
Qeyd edək ki, Erlinq Haland bu mövsüm “Borussiya”nın heyətində keçirdiyi 10 oyunda 13 qol vurub, 8 məhsuldar ötürmə verib.