Hamını qabaqladı - Qvardiola
12.02.2021 - 17:13
İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı məşqçisi bəlli olub.
Apasport.az saytının məlumatına görə, mükafata “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola layiq görülüb.
Onun yetirmələri ötən ay keçirdiyi 6 matçın hamısında qələbə qazanıb. Bu oyunlarda top fərqi 16-1 olub.
Qeyd edək ki, mükafatlara digər namizədlər Mikel Arteta (“Arsenal”), Devid Moyes (“Vest Hem”) və Qrem Potter (“Brayton”) olub.
0
0