Hans-Diter Fliki qabaqlayıb ilin məşqçisi oldu – Yurgen Klopp
17.12.2020 - 22:38
Hans-Diter Fliki qabaqlayıb ilin məşqçisi oldu – Yurgen Klopp

FİFA 2020-ci ilin ən yaxşı məşqçisinin adını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, mükafatın sahibi FİFA-nın İsveçrənin Sürix şəhərindəki mənzil qərargahında koronavirus pandemiyası üzündən onlayn təşkil olunan tədbirdə elan olunub.

Milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermədə Yurgen Klopp (Almaniya, “Liverpul”) mükafata layiq görülüb. O, Marselo Byelsa (Argentina, “Lids”) və Hans-Diter Fliki (Almaniya, “Bavariya”) arxada qoyub.

Qeyd edək ki, ötən il ən yaxşı adına Yurgen Klopp layiq görülüb.
 

0