Hegemonluğa son - “Barselona”nın
09.12.2020 - 11:27
Hegemonluğa son - “Barselona”nın

İspaniyanın “Barselona” klubunun uğurlu seriyası qırılıb.

Apasport.az saytının məlumatına görə, Ronald Kumanın yetirmələri Çempionlar Liqasında qrup mərhələsini 2-ci yerdə başa vurub.

Bu, son 14 ildə ilk belə hadisədir. Belə ki, “Barselona” son illərdə daim qrup birincisi kimi 1/8 finala yüksəlib. İspaniya klubunun sonuncu dəfə ikinci yeri tutması 2006/07 mövsümündə qeydə alınıb. Həmin vaxt komanda 6 oyunda 11 xal toplayıb. Qrup mərhələsində hegemonluq ənənəsi sona çatan barselonalıları qabaqlayan sonuncu komanda “Çelsi” olmuşdu.