“Qarabağ”la oyunda çox yaxşı işlər gördük. Başqa gün belə çıxışın nəticəsi fərqli olardı. Qol buraxdığımız epizodların əksəriyyətində şanssız olduq”.
Apasport.az saytının məlumatına görə, bunu “Omoniya”nın baş məşqçisi Henninq Berq deyib.
Sabah Kipr çempionatında “Olimpiakos”la keçiriləcək qarşılaşma öncəsi norveçli mütəxəssis Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la keçirdikləri matçı yada salıb. O, Azərbaycan klubuna məğlubiyyəti bəxtsizliklə əlaqələndirib: “Qarabağ”la matçda heyəti qurarkən “Olimpiakos”la görüşü nəzərə almışdıq. Çempionat əsas prioritetimizdir. Təbii ki, Avropada da bacardığımız qədər irəliləmək istəyirik. “Qarabağ”a qarşı yaxşı oyun sərgilədik. Ancaq bəxtsiz iki qol buraxdıq, ondan sonra çətin oldu. Yaxşı komandaya qarşı oynadıq. Güclü rəqiblərlə qarşılaşanda məğlub olma şansınız var, ancaq qazanmaq da mümkündür. İlk hissədən sonra qələbəyə yaxın idik”.
Berq dəstəyə görə yerli azarkeşlərə təşəkkür edib: “Bizə dəstək olduqları üçün azarkeşlərə təşəkkür edirəm. Oyunöncəsi və matç zamanı atmosfer əla idi. Nəticəyə görə onlar kimi, biz də çox məyusuq. Xüsusən də, 1:0 hesabı ilə öndə olduğunuz görüşdə qələbə qazanmaq istəyirdik. “Qarabağ” önündə etdiyimiz çox şeydən məmnunam”.
Qeyd edək ki, Nikosiyada keçirilən “Omoniya” – “Qarabağ” matçı Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə nəticələnib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər