Həftənin futbolçusu açıqlandı – ÇL-də
13.03.2020 - 15:45
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində ilk həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, həftənin oyunçusu mükafatına “Atalanta”nın hücumçusu Yosip İliçiç layiq görülüb.
Sloveniyalı forvard UEFA-nın keçirdiyi səsvermədə hamını qabaqlayıb. Bunda onun “Valensiya” üzərində 4:3 hesablı qələbə qazanılan qarşılaşmada pokerə imza atması rol oynayıb.
İliçiç digər namizədlər Marsel Sabitzer (“Leypsiq”), Xuan Bernat (PSJ) və Yan Oblakı (“Atletiko”) qabaqlayıb.
0
0