Həftənin futbolçusu adına namizədlər açıqlandı - ÇL-də
12.03.2020 - 09:19
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarının ilk həftəsinin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Apasport.az saytının məlumatına görə, baş tutan 4 qarşılaşmadan sonra UEFA mükafatın 4 iddiaçısını müəyyənləşdirib.
Bunlar Yosip İliçiç (“Atalanta”), Marsel Sabitzer (“Leypsiq”), Xuan Bernat (PSJ) və Yan Oblakdır (“Atletiko”).
Çempionlar Liqasında həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Ən yaxşının adı sabah açıqlanacaq.
0
0