Həftənin futbolçusu adına namizədlər - AL-də
13.03.2020 - 09:06
Həftənin futbolçusu adına namizədlər - AL-də

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş tutan 4 qarşılaşmadan sonra UEFA mükafatın 4 iddiaçısını müəyyənləşdirib.

Bunlar Samuele Kampo (“Bazel”), Çarles Aranqis (“Bayer”), Markos Antonio (“Şaxtyor”, Donetsk) və Odion İqalodur (“Mançester Yunayted”).

Çempionlar Liqasında həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Ən yaxşının adı sabah açıqlanacaq.