Həftənin futbolçusu seçildi – Çempionlar Liqasında
04.12.2020 - 15:51
Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub.
Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin V turunun ən yaxşısı Olivye Jiru seçilib.
İngiltərənin “Çelsi” klubunun futbolçusu azarkeşlər arasında səsvermədə qalib olub. Jiru V turun “Sevilya” (İspaniya) ilə qarşılaşmasında pokerə imza ataraq, 4:0 hesablı qələbənin memarı olub.
Qeyd edək ki, səsvermədə digər namizədlər İrfan Kahveçi (“Başakşəhər”), Marqim Berişa (“Zalsburq”) və Romelu Lukaku (“İnter”) olub.
0
0