Həftənin oyunçusu adına namizədlər açıqlandı - Avropa Liqasında
13.12.2019 - 09:34
Həftənin oyunçusu adına namizədlər açıqlandı - Avropa Liqasında

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA qrup mərhələsinin VI turunda fərqlənən 4 oyunçunun adını açıqlayıb.

Bunlar Yoris Qaqnon (“Renn”), Jota Dioqo (“Vulverhempton”), Qrunvud Mason (“Mançester Yunayted”) və Saka Bukayodur ("Arsenal"). 

Turun ən yaxşısı azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.

0
Avropa Liqası həftənin oyunçusu namizədlər