Həftəsi 105 min dollarlıq sevgili - FOTOSESSİYA
19.02.2020 - 12:03
Həftəsi 105 min dollarlıq sevgili - FOTOSESSİYA

“Yuventus”un hücumçusu Kriştianu Ronaldonun sevgilisi Corcina Rodrigesin aylıq xərci açıqlanıb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz ispaniyalı modelə həftədə 105 min dollar xərclik verir.

“Yuventus”da illik məvacibi 28 milyon avro olan Ronaldonun sevgilisi lüks həyat xoşlaması ilə diqqət çəkir. Cütlüyün 3 yaşlı qızı var və Rodriges portuqaliyalının digər 3 övladına da analıq edir. 26 yaşlı model fevralın 5-də 35 yaşı tamam olan Ronaldoya ad günü hədiyyəsi olaraq “Mercedes” markalı avtomobil alıb.

“Gucci”də çalışdığı zaman Ronaldo ilə tanış olan Rodriges onu ilk gördüyü zaman həyəcandan əsdiyini bildirib: “Çox utancaq idim. Kriştianu bir baxışı ilə mənə dərindən toxunmuşdu”.

Qeyd edək ki, Kriştianu Ronaldo ilə Corcina Rodriges 2017-ci ildən birlikdə yaşayırlar.