Hindistanlı milyarder “Çelsi”ni istəyir
08.03.2022 - 23:27
İngiltərənin “Çelsi” klubunun daha bir potensial müştərisi bəlli olub.
Apasport.az saytının məlumatına görə, hindistanlı milyarder Vivek Ranadive İngiltərə klubunu almağa qərar verib.
Milli Basketbol Assosiasiyasında (MBA) “Sakramento”nun sahibi olan biznesmen Roman Abramoviçin satmaq istədiyi London təmsilçisinə müştəri olub. 64 yaşlı asiyalı alqı-satqı ilə bağlı təklif göndərməyə qərar verib.
Qeyd edək ki, Abramoviç 2003-cü ildən “Çelsi”nin sahibidir.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0