“Barselona”nın hücumçusu Antuan Qrizmann “Atletiko”ya qayıda bilər.
Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi fransalı forvardı komandada saxlamaq niyyətində deyil.
La Liqa klubu “Atletiko”nun ön xətt oyunçusu Joao Feliksi heyətinə cəlb etməyi planlaşdırır. “Barsa” rəhbərliyi hətta portuqaliyalının qarşılığında qarşı tərəfə sabiq qolçusu Qrizmannı təklif edib. Tərəflər razılıq əldə edərsə, adıçəkilən oyunçular komandalarını dəyişəcək və heç kim əlavə xərc çəkməyəcək.
Qeyd edək ki, Antuan Qrizmann 2014-2019-cu illərdə “Atletiko”nun formasını geyindikdən sonra 120 milyon avroya “Barselona”ya keçib. Həmin il madridlilər bu boşluğu “Benfika”dan 127 milyon avroya transfer edilən Joao Felikslə doldurub.