Hücumçusu ilə müqaviləni uzadır – “Mançester Yunayted”
25.12.2020 - 09:31
Hücumçusu ilə müqaviləni uzadır – “Mançester Yunayted”

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Meyson Qrinvudla yeni müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi 19 yaşlı hücumçunun komandada qalmasını istəyir.

Forvardla anlaşma 2023-cü ilin yayında başa çatacaq. Mançesterlilər bu müddəti daha da artırmaq niyyətindədir.

İngiltərəli hücumçu cari mövsüm Premyer Liqada 9 oyun keçirib. Onun hesabında 1 qol var.