Hücumçusuna daha bir müştəri – “Liverpul”un
27.12.2020 - 13:07
İngiltərənin “Liverpul” klubunun futbolçusu Divok Oriqiyə daha bir müştəri çıxıb.
Apasport.az saytının məlumatına görə, qış fasiləsində klubdan ayrılacağı gözlənilən hücumçu “Brayton”un maraq dairəsindədir.
Sonuncular 25 yaşlı belçikalı forvardı yanvarda heyətində görmək istəyir. Lakin “Brayton” Divokun keçidi üçün digər klublarla mübarizə aparmalıdır.
“Vulverhempton”la “Lids” də onu heyətində görməkdə maraqlıdır. Almaniya “Şalke”si və İtaliya “Fiorentina”sı da Oriqi ilə hücum xətini gücləndirə biləcəyi qənaətindədir.
Qeyd edək ki, Divok cari mövsümdə 7 oyunda 1 qol vurub.
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
0
0