Hücumçusunu 23 milyona satır - “Borussiya”
30.01.2020 - 11:33
Hücumçusunu 23 milyona satır - “Borussiya”

Almaniyanın “Borussiya” klubunun futbolçusu Pako Alkaser İspaniyaya qayıdır.

Apasport.az saytının məlumatına görə, Dortmund təmsilçisinin hücumçusu karyerasını “Vilyarreal”da davam etdirməyə yaxındır.

Oyunçunun keçidi iki klub arasında razılaşdırılıb. Yaxın günlərdə rəsmiləşəcək transfer üçün İspaniya klubu 23 milyon avro ödəyəcək.

26 yaşlı ispaniyalı ilə “Tottenhem” və “Valensiya”da maraqlansa da, almaniyalıların istədiyi məbləği ödəməyə “Vilyarreal” razılıq verib.

Qeyd edək ki, P.Alkaser “Valensiya”nın yetirməsidir. O, 2010-16-cı illərdə bu komandada çıxış edib. 2018-ci ildə “Borussiya”ya keçən hücumçunun müqaviləsi 2023-cü ildə başa çatacaq.