“Bavariya”nın hücumçusu Robert Levandovskinin həyat yoldaşı Anna Levandovskaya maraqlı paylaşımla yadda qalıb.
Apasport.az saytının məlumatına görə, xanım Levandovskaya “Qızıl top” mükafatı uğrunda yarışda ikinci yeri tutan həyat yoldaşına dəstək nümayiş etdirib.
O, instaqram səhifəsindəki paylaşımı zamanı Levandovskini ən yaxşı futbolçu hesab etdiyini yazıb: “Sevgilim, mənim üçün sən ən yaxşısan! Həmişə səninlə fəxr edirəm! Səni sonsuzadək sevirəm”.
Qeyd edək ki, Robert Levandovski ötən mövsüm Bundesliqa və Almaniya Superkubokunun qalibi olub, bütün turnirlərdə keçirdiyi 40 oyunda 48 qol vurub. Lakin “Qızıl top”a PSJ-nin hücumçusu Lionel Messi layiq görülüb.