I divizion klubuna keçdi – “Neftçi”nin futbolçusu
28.07.2021 - 12:02
Gəncənin "Kəpəz" klubu transfer çalışmalarını davam etdirir.
Apasport.az saytının məlumatına görə, I divizion təmsilçisi heyətinə yeni futbolçu qatıb.
"Sarı-göylər" Vüqar Həsənovun transferini həll edib. Ötən mövsüm "Neftçi-2"də oynamış müdafiəçi ilə bir illik müqavilə imzalayıb.
Gəncəlilər bunadək Cavid İmamverdiyevlə İbrahim Qədirzadəni heyətinə qatıb, həmçinin baş məşqçi Yaşar Vahabzadə və futbolçusu Əli Səmədovla müqaviləni uzadıb.
Qeyd edək ki, I divizionda yeni mövsüm sentyabrın 13-də başlayacaq.
0
0