Azərbaycan millisinin daha bir sabiq futbolçusu Cavid Hüseynov karyerasını I divizionda davam etdirə bilər.
Apasport.az saytının əldə etdiyi məlumata görə, 33 yaşlı yarımmüdafiəçi “Kəpəz”in maraq dairəsindədir.
Yay fasiləsində yığmanın digər keçmiş üzvü Cavid İmamverdiyevi heyətinə qatan Gəncə təmsilçisi I divizionda iddialı mövsüm keçirmək niyyətindədir. Məhz bu üzdən “Kəpəz” Hüseynovu heyətinə cəlb etməyi düşünür. Hətta bu keçid üçün onu adaşı İmamverdiyev razı salmağa çalışacaq.
Ötən mövsümün sonunda “Qəbələ”dən ayrıldıqdan sonra azad agent statusu daşıyan Hüseynov isə ilk olaraq Premyer Liqada oynamaq arzusundadır. Əgər elita təmsilçilərindən gözlədiyi təklifi almasa, o zaman yaxın müddətdə ya gəncəlilərlə danışıq aparacaq, ya da karyerasını başa vuraraq, yeni yaratdığı “Cəbrayıl” klubuna diqqət ayıracaq.
Qeyd edək ki, Cavid Hüseynov Azərbaycan millisinin heyətində 58 oyun keçirib, 2 qola imza atıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər