İtaliya A seriyasının XXII turunda “Speziya”nı qəbul edən “Milan” 1:2 hesabı ilə məğlub olub.
Apasport.az saytının məlumatına görə, “San Siro”dakı qarşılaşma “rossonyerlər”in hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.
Çünki isveçli forvard “Milan”ın heyətində 150-ci oyununa çıxıb. O, bu görüşlərdə 92 qol vurub, 34 məhsuldar ötürmə verib.
Zlatan karyerasında ən çox PSJ-də oyun keçirib - 180. Sonrakı iki pilləni Milan klubları tutur – “Milan” (150), “İnter” (117). 40 yaşlı qolçu cari mövsüm bütün turnirlərdə 18 oyunda 8 qol, 2 assistlə yadda qalıb.
Qeyd edək ki, “Milan” hazırda 48 xalla 2-ci pillədə qərarlaşıb və lider “İnter”dən 2 xal geri qalır.