Azərbaycanda futbolçu qıtlığı milliləşdirilənlərin sayının gündən-günə artmasına yol açır.
Apasport.az saytının məlumatına görə, AFFA nəinki əsas, hətta aşağı yaş qrupu üzrə yığmalar üçün də digər ölkələrdən yeni adlar tapıb üzə çıxarır.
Assosiasiya rəhbərliyi harada azərbaycanlı adına və ya soyadına uyğun birini tapsa, dərhal müvafiq yaş qrupuna dəvət edir. Son vaxtlar isə bu ənənə Türkiyə əsilli oyunçularla davam edir. Bəri başdan Türkiyə millisindən əli üzülən gənclər AFFA-nın vədləri qarşısında tab gətirməyərək, yığmalarımıza qoşulurlar.
Həmin futbolçulardan biri də Dəniz Sather-Mehmetoğludur. Bu ayın 23-də 16 yaşı tamam olacaq Dəniz U-16 yığmamıza dəvət edilməklə əsl doğum günü hədiyyəsi alıb. Norveçdə "Malvik"in yetirməsi olan yarımmüdafiəçi "Triq/Lade" və "Trondelaq"da daha da təkmilləşib və ötən ildən həmin ölkənin ən titullu klubu "Rusenborq"un U-16 komandasında çıxış edir.
Norveçdə uzun müddətdir "Rusenborq"da çalışan Finn Morten Moenin kəşflərindən sayılan Dəniz Sather-Mehmetoğlu Türkiyə ilə bağlılığını əsla unutmur. Təsadüfi deyil ki, ən sevimli klubu da qardaş ölkə təmsilçisi "Qalatasaray"dır. Yığmamızın debütantı özünü İsveçin əfsanəsi Zlatan İbrahimoviçə bənzədir, onun kimi zəngin karyera hədəfləyir. Ancaq Azərbaycan millisi ilə arzusunu nə dərəcədə reallaşdıra bilər, bunu zaman göstərəcək.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı