İdmançımızın adı start heyətindən çıxarıldı - dünya çempionatında
05.03.2020 - 11:18
İdmançımızın adı start heyətindən çıxarıldı - dünya çempionatında

Estoniyanın paytaxtı Tallində fiqurlu konkisürmə üzrə gənclər arasında dünya çempionatı başlayıb.

Apasport.az saytının məlumatına görə, ilk yarış günündə mübarizəyə başlamalı olan Azərbaycan idmançısı Vladimir Litvintsev buz üzərinə çıxmayıb.

Milliləşən legioner mundialda iştirak üçün sifariş olunsa da, yarışın startı ərəfəsində adı start vərəqindən də kənarlaşdırılıb. V.Litvintsevin çempionata qatılmamasının səbəbi açıqlanmır.

Qeyd edək ki, idmançımız martın 16-22-də Kanadanın Monreal şəhərində keçiriləcək böyüklər arasında dünya çempionatında da iştirak üçün sifariş olunub.