Türkiyə Futbol Federasiyası (TFF) mövsümün ikinci yarısı üçün Superliqa klublarının iştirak ərizəsini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, "Qalatasaray" iki əcnəbi futbolçusunun xidmətinə ehtiyac duymayıb.
Mərkəz müdafiəçisi Kristian Luyindama zədəli olduğu üçün iştirak ərizəsinə salınmayıbsa, cinah müdafiəçisi Yuto Naqatomo əcnəbi futbolçu sayı çoxluğundan bu aqibətlə üzləşib. Luyindamadan fərqli olaraq, Naqatomonun bundan sonra "cim-bom"un formasını geyinməyəcəyini indidən demək olar. Çünki müqavilə müddəti mövsümün sonuna qədər olan Yaponiya millisinin üzvünə yeni sözləşmə təklif edilməyəcək.
Qeyd edək ki, "Qalatasaray" mövsümün ikinci dövrəsi üçün 28 futbolçu sifariş edib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı