İki nəhəng eyni gündə çökdü – tarixdə ilk
05.10.2020 - 00:36
İki nəhəng eyni gündə çökdü – tarixdə ilk

“Aston Villa”ya 2:7 hesabı ilə uduzan “Liverpul” İngiltərə Premyer Liqasında ilk dəfə bir oyunda 7 top buraxıb.
 
Apasport.az saytının məlumatına görə, mersisaydlılar sonuncu dəfə belə halla çempionat Premyer Liqa adlanmazdan üzləşib.
 
1963-cü ildə “Tottenhem” “Liverpul”un qapısından bu qədər top keçirib. 57 il əvvəl də indiki kimi 7:2 hesabı qeydə alınıb.
 
Son çempionun bir qarşılaşmada belə uğursuzluq yaşamasına isə 67 ildən sonra təsadüf olunub. 1953-cü ildə “Sanderlend” çempion adını daşıyan “Arsenal”ı 7:1 hesabı ilə darmadağın edib.
 
“Liverpul”un “Aston Villa”ya 2:7 hesabı ilə uduzduğu gün digər nəhəng – “Mançester Yunayted”in “Tottenhem”ə 1:6 hesabı ilə məğlub olması ilə də yadda qalıb. Futbol tarixində ilk dəfə “Liverpul”la “Mançester Yunayted” eyni gündə hər ikisi 6 və ya daha çox top buraxıb.

0