Ukraynada təşkil olunan Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası turnirdə ikinci yeri tutub.
Buna son turun Ukrayna – Özbəkistan matçından sonra aydınlıq gəlib. Turnirin son oyununda Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edən Özbəkistan komandası xatirə turnirinin qalibi olub
Milli komandamız isə ikinci yeri tutub. Milan Obradoviçin yetirmələri lk oyunda Ukrayna yığması üzərində 1:0 hesablı qələbə qazansa da, ertəsi gün Özbəkistan yığması ilə qarşılaşmada eyni hesabla məğlub olub.
İkinci oldu – Azərbaycan yığması
28.05.2021 - 22:21
0
0