İlin bombardirləri – İFFHS açıqladı
02.03.2022 - 11:19

Milli çempionatların yüksək liqalarında bu il ən çox qol vuran futbolçular açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in siyahısına ilin ilk iki ayında ən azı 6 qol vuranlar düşüb.
Buna dünyanın 54 oyunçusu nail olub. “Əl-Sədd”in hücumçusu Akram Afif və “Əl-Duhail”in oyunçusu Maykl Olunqa Qətər çempionatında hərəyə 10 qola sevinib.
İlk “üçlüy”ü Bartolomeu Oqbeçe qapayır. O, Hindistanın “Hiderabad” klubunda 9 top vurub.
Eyni sayda qola sevinən Robert Levandovski (“Bavariya”) və Marko Livaya (“Hayduk”) əlavə göstəricilərdə geri qalır. Onlar Avropanın ən yaxşılarıdır.
- Argentina millisinin üzvü Premyer Liqa klubunda - RƏSMİ
- "Nottingem" transfer çalışmalarına start verdi: "Yuventus"dan iki hücumçu
- Fransalı futbolçu komandada qalacaq: PSJ onu satmaq niyyətində deyil
- “Leypsiq”in yeni baş məşqçisi müəyyənləşib
- “Real Madrid” futbolçusu üçün qiymət təyin etdi: 90 milyon avro
0
0