İlin ən yaxşısına "Qızıl oturacaq" verdilər - İtaliyada
04.02.2020 - 00:29
İtaliyada 2019-cu ilin ən yaxşı baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu ada "Atalanta"nın çalışdırıcısı Can Pyero Qasperini layiq görülüb.
Azarkeşlər arasında aparılan səsvermənin nəticəsində 62 yaşlı mütəxəssis bütün rəqiblərini üstələyib. Bununla bağlı təşkil edilən tədbirdə Qasperiniyə "Qızıl oturacaq" təqdim olunub.
Qeyd edək ki, Can Pyero Qasperini 2016-cı ildən "Atalanta"nı çalışdırır. Onun komandası hazırda A seriyasında 4-cü pillədə qərarlaşır.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0