Apasport.az saytının Azərbaycanda 2020-ci ilin ən yaxşı futbolçusu sorğusu davam edir.
Bu dəfə Azərbaycan millisinin və “Keşlə” klubunun vingeri Vüsal İsgəndərli ən yaxşı hesab etdiyi oyunçunun adını açıqlayıb.
25 yaşlı ön xətt oyunçusu “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyevi ən yaxşı hesab edib. O, həmçinin “Səbail”in kapitanı Rahid Əmirquliyevi də tərifləyib: “Daim stabil oynadığı üçün Rahidi çox bəyənirəm. Şahrudin isə həm keçən il, həm də bu il qapıda çox yaxşı işlər gördü. Çərçivədə etibarlı, stabil dayanır. Şəxsən mən Məhəmmədəliyevin çıxışını çox bəyənirəm və hesab edirəm ki, ilin ən yaxşısı o olmalıdır”.
İsgəndərli Premyer Liqadakı oyunçulardan ibarət rəmzi “11-liy”ini də açıqlayıb. O, 4-3-3 sxeminə uyğun fərqləndirdiyi futbolçular arasında özünü də göstərib.
Qapıçı: Şahrudin Məhəmmədəliyev
Müdafiəçilər: Bədavi Hüseynov, Adil Nağıyev, Azər Salahlı, İlkin Qırtımov
Yarımmüdafiəçilər: Vüqar Mustafayev, Rahid Əmirquliyev, Rəhim Sadıxov
Hücumçular: Mahir Emreli, Namiq Ələsgərov, Vüsal İsgəndərli.
Qeyd edək ki, “Sumqayıt” klubunun qapıçısı Mehdi Cənnətov da ilin ən yaxşı futbolçusu kimi Şahrudin Məhəmmədəliyevi seçib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”