İlk ayında ən yaxşı seçildi – Premyer Liqada
16.03.2020 - 16:24
İlk ayında ən yaxşı seçildi – Premyer Liqada

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu ada “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş layiq görülüb.

Portuqaliyalı orta sahə oyunçusu səsvermə zamanı Markos Alonso (“Çelsi”), Pyer-Emerik Obameyanq (“Arsenal”), Dominik Kalvert-Lyuin (“Everton”), Mett Doherti (“Vulverhempton”) və Nik Poulu (“Bernli”) qabaqlayıb.

Qeyd edək ki, Bruno Fernandeş ötən ay Premyer Liqada iştirak etdiyi 3 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliya millisinin üzvü “Sportinq”dən “Mançester Yunayted”ə məhz yanvarın son günündə keçib.