İlk rəsmi ayrılıq – “Zirə”də
01.06.2020 - 14:03
“Zirə” klubunda ilk rəsmi ayrılıq baş verib.
Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi müdafiəçi Anastasios Papazoğlu ilə vidalaşıb.
Müqavilə müddəti bu gün başa çatan yunanıstanlı oyunçu ilə yeni saziş bağlamağa ehtiyac duyulmayıb. Hələ qış fasiləsində əvəzedici heyətə göndərilən və həmin vaxtdan əsas komanda ilə məşq etməyən 32 yaşlı futbolçu bu gündən azad agent statusu daşıyır.
Qeyd edək ki, “Zirə”yə ötən ilin yayında OFİ klubundan keçən Anastasios Papazoğlu Premyer Liqada 10 oyunda iştirak edib, 1 avtoqola imza atıb.
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
0
0