İnfantino FIFA prezidentliyinə yenidən namizədliyini verəcək
31.03.2022 - 15:50
FIFA prezidenti Canni İnfantino növbəti seçkilərdə namizədliyini irəli sürəcək.
Apasport.az saytının məlumatına görə, bunu isveçrəli funksioner qurumun 72-ci Konqresində açıqlayıb.
O, gələn il keçiriləcək Konqresdə yenidən bu posta seçilmək istədiyini söyləyib: “73-cü Konqresdə seçiləcək FIFA prezidentliyinə namizədliyimi irəli sürəcəyəm. Konqres gələn ilin əvvəlində baş tutacaq. Tarix hələ təsdiq edilməyib, lakin tezliklə elan olunacaq”.
Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA-ya prezidentlik edir.
0
0