İngiltərədə 12 polisi döyən “Legiya” azarkeşləri saxlanıldı
27.11.2021 - 10:15
İngiltərədə 12 polisi döyən “Legiya” azarkeşləri saxlanıldı

Avropa Liqasının V turunda “Lester”lə səfərdə keçirilən oyunda “Legiya”nın azarkeşləri yerli polisi döyüb.

Apasport.az saytının məlumatına görə, 12 polis əməkdaşı müxtəlif xəsarətlər alıb.

Qarşılaşmanın ikinci hissəsində Varşava təmsilçisinin fanatları “Lester” tərəfdarlarının yerləşdiyi sektora keçməyə çalışıblar. Həmin anda hüquq-mühafizə orqanlarının əməkdaşlarının müqaviməti ilə üzləşən polşalılar onlara da hücum çəkiblər. Nəticədə qonaqların 7 fanatı saxlanılıb.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” “Lester”ə 1:3 hesabı ilə məğlub olaraq, qrupda sonuncu pilləyə düşüb.