“Milan”da 9 nömrəli futbolçu dedikdə ağıla gələn ilk ad Filippo İnzaqidir.
Apasport.az saytının məlumatına görə, onun gedişindən bəri “rossonyerlər”in “9 nömrə” sarıdan bəxti gətirmir.
2001-2012-ci illərdə A seriyası təmsilçisinin şərəfini qoruyan İnzaqinin gedişindən bəri bu nömrə altında çıxış edən 10 futbolçunun hamısı ümidləri doğrulda bilməyib. Yalnız cari mövsüm Olivye Jiru 6 oyunda 4 qol vurmaqla, “9 nömrə” ilə bağlı uğursuzluğa son qoymağa yaxındır.
Bəs İnzaqidən Jiruya qədər bu rəqəm altında kimlər çıxış edib?
1. Aleşandre Pato
2012/13 mövsümü: 7 oyunda 2 qol
2. Alessandro Matri
2013/14: 18 oyunda 1 qol
3. Fernando Torres
2014/15: 10 oyunda 1 qol
4. Mattia Destro
2014/15: 15 oyunda 3 qol
5. Luiz Adriano
2015/17: 29 oyunda 6 qol
6. Canluka Lapadula
2016/17: 29 oyunda 8 qol
7. Andre Silva
2017/18: 40 oyunda 2 qol
8. Qonsalo İquain
2018/19: 22 oyunda 8 qol
9. Kşiştof Pyatek
2019/20: 20 oyunda 5 qol
10. Mario Mandzukiç
2020/21: 10 oyun