“Komandamdan və bu oyundan məmnun qaldım”.
Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Xorvatiya yığmasının baş məşqçisi İqor Bişçan AVRO-2023-ün seçmə mərhələsində Azərbaycanla keçirilən oyun haqda danışarkən deyib.
“Kapital Bank Arena”da millimizin qonağı olan xorvatlar 5:1 hesablı qələbəyə sevinib.
Bişçan darmadağına baxmayaraq, asan qələbə qazanmadıqlarını düşünür: “Hesab oyunun asan olduğu kimi görünə bilər, amma elə deyil. Mən bilirəm ki, bura gələn başqa komandalar üçün heç də asan olmayıb. Bütün oyunçularımdan razıyam, bu oyunu ciddi qəbul etdilər. Çox həvəsli idilər və onların matça yanaşması möhtəşəm idi. Biz seçmələrdə uğurlu çıxışımızı davam etdiririk”.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər