İspaniyada cəzalandı - yığmamızın futbolçusu
10.02.2020 - 01:25
İspaniyada cəzalandı - yığmamızın futbolçusu

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov İspaniya çempionatında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, “Albasete”nin yarımmüdafiəçisi Sequndanın “Penferradina” ilə ev matçında meydana çıxıb.

Start heyətində yer alan Eddi 45-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Təmsilçimiz ikinci hissənin start fitindən 8 dəqiqə sonra əvəzlənərək meydanı tərk edib.

“Albasete” ev matçında 1:1 hesablı heç-heçə ilə kifayətlənib. 26 oyundan sonra hesabında 29 xal olan komanda 22 iştirakçı arasında 19-cu yerdə qərarlaşıb.