İspaniyadan təklif - Sadio Maneyə
15.03.2020 - 17:53
"Liverpul"un hücumçusu Sadio Mane karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, "Real" 28 yaşlı oyunçunun transferində maraqlıdır.
Seneqal millisinin üzvü "kral klubu"nun yay fasiləsində heyətinə qatmaq istədiyi oyunçuların siyahısına başçılıq edir. "Qırmızılar" onu satmaq istəmirlər. Ancaq 140 milyon funt-sterlinqlik təklif gələrsə, qəbul edə bilər.
Qeyd edək ki, Sadio Manenin "Liverpul"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
0
0