İspaniyadan Zinçenko sorğusu
19.01.2022 - 14:53
İspaniyadan Zinçenko sorğusu

“Mançester Siti”nin futbolçusu Aleksandr Zinçenko karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, ukraynalı müdafiəçi “Betis”in maraq dairəsinə düşüb.

La Liqa təmsilçisi 26 yaşlı futbolçu ilə bağlı sorğu göndərib. Sevilya klubu futbolçunu mövsümün sonunadək icarəyə götürmək istəyindədir.

Qeyd edək ki, Zinçenko cari mövsümdə 7 oyunda 1 assistə imza atıb.