"Sumqayıt" aparıcı futbolçularından olan Əmir Ağayevlə yollarını ayıra bilər.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi ölkəsi İsrailə qayıtmağa yaxındır.
Çünki bu ölkənin iki elita klubu onun xidmətində maraqlıdır. Söhbət Təl-Əviv "Hapoel"i və "Bney Yehuda"dan gedir. Azərbaycan millisinə çağırılması gündəmdə olan Ağayevlə Azərbaycan Premyer Liqasından da bir neçə komanda maraqlanır. Lakin hələlik ortada konkret bir şey yoxdur.
Həmçinin "Sumqayıt" da müqavilə müddəti mövsümün sonuna qədər olan "10 nömrə"sini saxlamaq niyyətindədir. "Kimyaçılar" ona artıq yeni müqavilə də təklif ediblər. Rəhbərlik Avropa Liqasına vəsiqə qazanacaqları təqdirdə, Ağayevin qalmağı üstün tutacağını düşünür. Təklif göndərən İsrail klubları maliyyə şərtlərini hələ bildirmədiyindən, Ağayev qərar verməyə tələsmir.
Qeyd edək ki, "Sumqayıt" ötən yay keçən Əmir Ağayev cari mövsüm Premyer Liqada 19 oyunda 4 qol vurub.