İstefaya göndərildi - Robert Prosineçki
25.11.2020 - 14:26
İstefaya göndərildi - Robert Prosineçki

Türkiyə Super Liqasında baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Dənizlispor”un çalışdırıcısı Robert Prosineçki vəzifəsindən ayrılıb.

Azərbaycan millisinin sabiq baş məşqçisi ilə klub arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Onunla yanaşı, köməkçiləri də Dənizli təmsilçisini tərk edib.

Buna Türkiyə kubokundakı uğursuzluq səbəb olub. 2-ci liqa təmsilçisi “Turqutluspor”a məğlubiyyət xorvatiyalı mütəxəssisin bu postda son görüşü olub.
 

0