Belarusda danışılmış oyunlarla bağlı aparılan istintaq başa çatıb.
Apasport.az saytının məlumatına görə, ölkənin baş prokurorluğu danışılmış oyunların təşkilində ittiham olunan 20 şəxslə bağlı işi məhkəməyə verib.
6 futbol və 1 voleybol komandasının adı oyun verməkdə hallanır. İstintaqa cəlb olunan 20 şəxs 2017-ci ilin fevralından 2019-cu ilin yanvarına qədər olan müddətdə müxtəlif qanunsuz hərəkətlərə yol verib.
İstintaq peşəkar yarışların iştirakçısının alınması ilə bağlı 15, buna 1 cəhd, 12 yeyinti faktı aşkarlayıb ki, bukmeker kontorlarının pulları fırıldaqla ələ keçirilib. Lazım olan nəticənin alınmasında pay sahibi olan idmançılar “əməy”inin qarşılığında mükafatlandırılıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı